İdman 21:33 17.01.2022

Futzal millimizin futbolçusu koronavirusa yoluxdu

Avropa çempionatının final mərhələsinə hazırlaşan futzal millimizin üzvləri dünən yoldaşlıq oyunu keçirmək üçün səfər etdiyi Belçikada COVİD-19 testi verib.
 
Qaynarinfo xəbər verir ki, komandanın üzvü Eduardo Borgesin nəticəsi pozitiv, Rafael Vilelanın nəticəsi isə şübhəli çıxıb. Bu haqda Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
 
Belçika Krallığının qanunlarına əsasən, hər iki futzalçı karatinə alınacaq. Bu üzdən onlar Belçika ilə keçirilmiş yoldaşlıq matçında iştirak etməyib.
 
Səbuhi Həsənov