Ölkə 18:47 08.04.2016

Füzulidə məhv edilən erməni tankı: əsər-əlamət qalmayıb - VİDEO

Rusiyanın Donbas separatçılarını təbliğ edən news-front.info portalının reportyoru aprelin 2-dən 5-nə qədər qanlı döyüşlərin getdiyi Füzuli rayonunda, ermənilərin nəzarətindəki  ərazilərdə olub.

Rusiyalı reportyor reportajında “Dağlıq Qarabağ respublikası” kimi ifadələr işlədir və ermənilərin mövqeyindən çıxış edir. Lakin onun çəkdiyi kadrlar maraqlıdır. Belə ki, reportyor Azərbaycan ordusunun məhv etdiyi erməni tankının qalıqlarının görüntülərini və silahlı qüvvələrimizin düşməndən geri aldığı ərazilərdə apardığı istehkam işlərini lentə alıb.

Kadrlardan görünür ki, düşmənin T-72 tankı aldığı zərbədən darmadağın olub, tankdan əsər-əlamət qalmayıb. Qülləsi onlarla metr kənara uçub. Rusiyalı jurnalist erməni hərbçilərinə istinadən xəbər verir ki, T-72 tank əleyhinə raketlə vurulub. Həmin kadrları təqdim edirik. (virtualaz.org)


Qaynar.info