Siyasət 17:48 17.03.2013

GAMOH-da istefa qalmaqalı

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) 6 üzvü təşkilatdan istefa verib. Qaynar.info xəbər verir ki, bu barədə APA-ya GAMOH üzvü, Finlandiyada yaşayan soydaşımız Ərsəlan Kamrani açıqlama verib.

 O, buna səbəb olaraq GAMOH-un fəaliyyətinin doğru istiqamətləndirilmədiyini düşündüklərini deyib: “Hələlik istefa səbəbi ilə bağlı daha ətraflı açıqlama vermək istəmirik. Bəzi problemlər olmasaydı, milli hərəkat daha güclü olardı. Mən də daxil olmaqla 6 nəfər istefa verdik. Siyahıda GAMOH İdarə Heyətinin üzvü Aydın Qaraxanlı, təşkilatın Kanada təmsilçisi Elyar Təbrizli, qurumun İnsan Haqları Komissiyasının məsulu Leyla Mola, təşkilatın İsveç nümayəndəsi Hüseyn Təbrizli, GAMOH üzvü Hatəm Şahsevənin adı var. Düşünürük ki, daxili çəkişmələrlə təşkilatımız gücünü itirir. Lakin istefa verməyimiz milli hərəkatdan çəkilməyimiz demək deyil. Biz yenə öz fəaliyyətimizi davam etdirəcəyik. Mahmudəli Çöhrəqanlı başda olmaqla dəyərli GAMOH üzvlərinə Güney Azərbayanın istiqlalı yolunda fəaliyyətlərində uğurlar diləyirik. Ümid edirik ki, təşkilat bundan sonrakı çalışmalarında daha nizamlı fəaliyyət göstərəcək”.

Qaynar.info