Dünya 10:00 20.05.2019

Gecə klubuna silahlı hücum: 11 nəfər qətlə yetirildi

Braziliyanın Balem şəhərində gecə klubuna silahlı hücum təşkil edilib.

Qaynarinfo USA Today-ə istinadən xəbər verir ki, hücumda 7 silahlı iştirak edib və 6 qadın, 5 kişi qətlə yetirilib, 1 nəfər yaralanıb. 

Cinayətkarlardan biri yaralı ələ keçirilib, digərləri isə hadisə yerindən uzaqlaşmağa müvəffəq olub.

Gülşən