Ölkə 21:28 05.04.2019

Gəlin maşını Parlament prospektində qəza törətdi

Bu gün axşam saatlarında Bakıda Parlament prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qaynarinfo "Trend”ə istinadən xəbər verir ki, qəza gəlin maşınının iştirakı ilə baş verib. Belə ki, gəlin maşını kimi kirayələnmiş 1938-ci il istehsalı olan "Çayka" retro avtomobilində olan bəy idarəetməni itirərək onu divara çırpıb.

Qəzanın səbəbi isə avtomobilin nasazlığı ilə əlaqələndirilir.

Məlumata görə, sükan arxasında olan bəy yüngül xəsarətlər alıb.