Dünya 14:21 06.08.2017

Gənc modeli qaçırıb satışa çıxardılar (FOTOLAR)

İtaliyada "Black Death" adlı cinayətkar qrup 20 yaşlı modeli qaçırdıb internetdə satışa çıxarıblar.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, film çəkilişi üçün İngiltərədən gələn 20 yaşlı ingilis modelə gizlincə dərman verilib və qaçırılaraq 6 gün ərzində şəhərdən uzaq tikilidə saxlanılıb. Gənc modelin çılpaq fotoları çəkilib və pornoqrafik saytlara yerləşdirilib. Qadının menejerindən 300 min avro tələb edən cinayətkarlar, istədikləri məbləğ ödənilməsə, gənc xanımı online satışa çıxaracaqlarını deyiblər. Daha sonra modelin 1 uşaq anası olduğunu öyrənən qrup üzvləri qadını sərbəst buraxıblar.

Hadisədən sonra 30 yaşlı Polşa vətəndaşı Lukas Herba həbs edilib. Polis "Black Death"in digər üzvləri və qurbanları barədə araşdırma aparır.

Gülşən

Qaynarinfo.Az