Foto 16:06 29.01.2020

Gənc namizəd Ayaz Qocamanov daha 7 kənddə izdihamlı görüş keçirdi (FOTOLAR)

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə namizəd Ayaz Qocamanovun təbligat-təşviqat kampaniyası uğurla davam edir. Rayonun 30-dan artıq kəndlərində keçirilən görüşdə sakinlərin böyük dəstəyini qazanan Ayaz Qocamanov öz seçki platforması barədə məlumat verir, insanların problemlərini öyrənir. 

Namizədin seçki qərərgahından Qaynarinfo-ya verilən məlumata görə, kənd sakinləri Ayaz Qocamanovun bu addımını dəstəkləyir, seçkilərdə ona səs verəcəklərini açıq formada bəyan edirlər.

Ayaz Qocamanov və komanda üzvləri torpaqlarımızın bütovlüyü uğrunda şəhid olan igid vətən övladlarının məzarlarını ziyarət edir, onların ailələri  ilə görüşür.

Son iki gün ərzində rayonun daha 7 – Padarqışlaq, Çaparlı, Qiyaslı, Xəlilli, Kəlbənd, Kürdmaşı, Qubaxəlilli kəndlərinin sakinləri ilə görüşən namizəd və komanda üzvləri böyük izdihamla qarşılanıb, geniş müzakirələr aparılıb. Görüşlərdə çıxış edən kənd ağsaqqalları Ayaz Qocamanova dəstək verdiklərini bildirib, seçki günü onu dəstəkləyəcəklərini bəyan ediblər.

Namizəd bütün kəndlərdə seçki platformasını açıqlayır, bölgənin problemlərinin həlli ilə bağlı fikirlərini bölüşür, seçicilərdən dəstək istəyir.

İddialı namizəd Ayaz Qocamanovun kəndlərdə görüşləri davam edir.

Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan Ayaz Qocamanov gənc iqtisadçıdır. Azərbaycanın Türkiyə və Rusiya ticarət əlaqələrində kiçik sahibkarlara dəstək verən tanınmış merketinq mütəxəsisidir.

DİQQƏT!!!

Əməkdar artist Elnarə Abdullayeva gənc namizədə dəstək olaraq, 31 yanvar tarixində Ağsu şəhərinin stadionunda keçiriləcək namizədin təşviqat kampaniyasına qatılacaq.

Tədbirə həmçinin, "Muğam Aləmi” 3-cü Beynəlxalq Muğam Festivalının qalibi, xanəndə Mirələm Mirələmov və Ağsu sakinlərinin sevimli müğənnisi Xalid Ağsulu "Retro” ansamblı ilə birgə iştirak edəcək.

31 yanvar saat 13:00-da Ağsu şəhər stadionunda keçiriləcək tədbirin aparıcısı, Azərbaycanın əməkdar artisti, tanınmış aktyor Elnur Kərimovdur.