İstedadlı gənc rəssam Pakizə Əliyevanın rəsm sərgisi olacaq.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Pakizə lap uşaq vaxtından rəssamlıqla məşğul olur və 20 yaşında artıq öz daxili dünyasını inanılmaz dəqiqliklə əks etdirən parlaq əsərlərdən ibarət kolleksiya yarada bilib.
Onun qeyri-adi rəsmləri sənətsevərləri sirlərlə dolu sürrealist dünyaya aparır.
Pakizənin rəssam Diləfruz Bağırova ilə birlikdə il boyu hazırlaşdığı "Ətrafımdakı dünya" adlı sərgisi keçiriləcək.
Sərgi 8 iyun tarixində, saat 18:00-da Nobel prospekti, Xeqani Rustemov 23,Ağ şəhər, Yaşıl Ada 1. keçiriləcək. Giriş pulsuzdur.
Şərhlər