Sənət 17:32 15.12.2016

Gənc Tamaşaçılar Teatrında "Aycan" tamaşasının premyerası olacaq

Dövlət Gənc Tamaşaçılar Teatrında "Aycan" tamaşasının təqdimatı keçiriləcək.

Teatrın mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə, səhnə əsərinin nümayişi dekabrın 16-da olacaq.

Tamaşa Xanımana Əlibəylinin "Aycan" əsəri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Olqa Şabanova, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Anar Seyfullayevdir. Yeni səhnə əsərində rəqslərin quruluşu Yelena Volkovaya məxsusdur.

Məlumat üçün bildirək ki, “Aycan” tamaşası ilk dəfə Dövlət Gənc Tamaşaçılar Teatrında 70-ci illərdə səhnləşdirilib. Bundan başqa müəllifin “Dovşanın ad günü” əsəri əsasında hazırlanmış tamaşa cari ilin yanvar ayında ikinci dəfə hazırlanaraq izləyicilərə təqdim olunub.

Qaynarinfo.Az