Ölkə 17:18 19.09.2018

Gənc yazıçı Tərlan Şıxlı "Rəngli şarlar"ı imzalayacaq

Gənc yazıçı Tərlan Şıxlının "Rəngli şarlar" kitabı çapdan çıxıb.
 
Qaynarinfo xəbər verir ki, yazıçı 22 sentyabr saat 16:00-da "Kibrit" book cafedə imza günü keçiriləcək. Kitabda müəllifin 2013-2018-ci illərdə yazmış olduğu 15 hekayə və novella yer alıb. Hekayələr son illər cəmiyyəti maraqlandıran, insanlar tərəfindən ən çox müzakirə olunan, eləcə də toplumu narahat edən müxtəlif mövzuları əhatə edir.

Bütün kitabsevərlər dəvətlidir.