Xəbər lenti

Gəncə Alüminiüm zavodu iflas olub? - QALMAQAL
Ekonomiks 17:25 04.03.2021

Gəncə Alüminiüm zavodu iflas olub? - QALMAQAL

Gəncə Alüminium zavodunun müflis olması haqda informasiyalar intensivləşib.

Sfera.az -a xaricdəki aliminiüm idxalçılarından daxil olan məlumata görə, Gəncə Aliminiüm Zavodu partnyorları qarşısında öhdəliklərini yerinə yetirə bilmir.

Hal-hazırda bununla bağlı məhkəmə iddiaları qaldırılıb.

Xatırladaq ki, Gəncə Aliminiüm zavodu "DET-AL Alüminium” MMC-yə aiddir. Adıçəkilən şirkətin baş direktoru isə əslən Masallı rayonunun Mahmudavar kəndindən olan Sərxan Babayev olub.

Bu yazıda Azərbaycan dövlətinin yüz milyonlar xərclədiyi aliminiüm biznesindən böyük məbləğdə pulların yoxa çıxması ilə Sərxan Babayevin Türkiyədə otellərə sahib olması arasındakı əlaqəni araşdırmağa çalışmışıq. Maraqlıdır ki, Sərxan Babayevin "DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsini tərk edərək, Türkiyədə "Alva Donna” Şirkətlər Qrupunun rəhbərliyinə keçməsi üst-üstə düşür.

2016-ci ildən "Alva Donna” Şirkətlər Qrupununun səhmlərinin bir hissəsini Sərxan Babayevlə Seyran Həsənov alıblar. Bu iki şəxs Azərbaycanda kifayət qədər yüksək post tutan və ciddi təsir imkanlarına malik olan fiqurlardan birinin yaxın adamları hesab edilir.

Xatırladaq ki, "Det-Al” Aluminium Kompleksinin açılışı 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub və obyekt istifadəyə verilib. Rəsmi məlumata görə, müəssisədə 1400 nəfər işlə təmin edilib. Kompleksdə istehsal gücü 50 min ton olan iki zavod – "Metaltökmə, fasiləsiz metal yayma” və "Təzyiqlə emal və boyama zavodu” fəaliyyət göstərir.
 


Ancaq 2016-ci ildə ölkə mətbuatında "DET-AL Alüminium” Kompleksinin öz fəaliyyətini dayandırmasına dair xəbərlər yayılıb.

Lakin kompleksə nəzarət edən yuxarıda personası xatırladılan yüksək ranqlı  məmur "DET-AL Alüminium”un fəaliyyətini heç də tamamilə dayandırmadığını bildirib.

Sözügedən komplekslə bağlı daha bir mühüm detal bundan ibarətdir ki, "Det-Al Alüminium” zavodu Azərbaycan Beynəlxalq Bankının (ABB) kreditləri hesabına inşa edilib. Yəni, zavodun götürdüyü kreditlərə dövlət (Maliyyə Nazirliyi) zamin durub və kompleksin borcları dövlət hesabına ödənilib. ABB müflis elan edildikdən sonra həmin bankın maliyyələşdirdiyi müəssisələr heç bir əsas olmadan müxtəlif yollarla ABB-nin nəzarətindən çıxarılıb.

Sərxan Babayevin 2019-cu ildə qəflətən Türkiyədə peyda olaraq, "Alva Donna” Şirkətlər Qrupu İdarə Heyyətinin sədri təyin edilməsi isə onu göstərir ki, dövlət büdcəsindən "Det-Al Alüminium” zavoduna ayrılan vəsaitlər və kompleksin gəlirlərinin bir hissəsi "Alva Donna” Şirkətlər Qrupunun alınmasına xərclənib.

"Alva Donna” Şirkətlər Qrupunun əsas səhmdarı, əslində, həmin yüksək məmurdur. Maraqlı olan isə həm də budur ki, "Lotu Quli” kimi tanınan Nadir Səlifov da Türkiyənin Antalya şəhərində məhz bu oteldə sui-qəsd nəticəsində öldürülmüşdü.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->