Ölkə 19:53 03.02.2022

Gəncə qapıları Azərbaycana qaytarıla bilər

"Gürcüstanla Azərbaycan arasında həm hökumətlərarası komissiya var və Azərbaycan tərəfinin təşəbbüsü ilə Gəncə qapılarının Gürcüstandan ölkəmizə qaytarılması məsələsi gündəliyə salınıb”.

Qaynarinfo xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

"Danışıqlar gedir. Asan getmir, ağır gedir, amma bizim məqsədimiz, hədəfimiz Azərbaycana, Azərbaycanın tarixinə və mirasına aid olan Gəncə qapılarının yenidən Azərbaycana qaytarılmasıdır”, - nazir bildirib.