Video 11:51 19.03.2021

Gəncədə altı məktəbdə əyani tədris dayandırılıb (VİDEO)

Son bir ayda koronavirus pandemiyası səbəbindən Gəncə şəhərində altı məktəbin əyani tədrisi dayandırılıb. İlk olaraq 26, daha sonra 12 nömrəli orta tədris müəssisələrinin, ardından 31 ,36, 30 və 13 nömrəli məktəblərdə də COVID-19 virusu aşkar edilib.

Nəticə etibarı ilə sözügedən tədris müəssisələrində ümumilikdə 11 müəllim və texniki işçi, həmçinin doqquz şagirddə koronavirus infeksiyası aşkar olunub. Novruz bayramı ilə bağlı yaranan fasilədən istifadə edilməklə Gəncə şəhərində fəaliyyət göstərən 40-dan artıq orta tədris müəssisəsində dezinfeksiya işlərinə başlanılacaq.

Hazırda fəaliyyəti dayanan məktəblər distant şəkildə fəaliyyət göstərməkdədir. Başqa sözlə desək altı məktəbin şagirdləri onlayn tədris alır. Digər məktəblərdə isə virus əleyhinə nəzərdə tutulan təlimatların yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə məktəblərdə gündəlik monitorinqlər aparılır.

İlkin ehtimala görə fəaliyyəti dayanan altı məktəbin 14 günlük fasilədən sonra əyani fəaliyyətinin bərpası nəzərdə tutulub. İstənilən halda fəaliyyəti dayanan məktəblər Gigiyena və Epidemiologiya Mərkəzinin rəsmi rəyindən sonra əyani tədrisə keçə biləcək. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: