Ölkə 23:02 25.03.2019

Gəncədə ata və oğlunu maşın vurdu

Gəncə şəhərində ata və oğlunu maşın vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü İsgəndərov Ceyhun Tahir oğlu və onun 6 yaşlı oğlu Tunar İsgəndərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafidir.

Məlumata görə, qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.