Ölkə 18:36 09.02.2019

Gəncədə bir neçə evdən oğurluq edən şəxs saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov yanvar ayının 24-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 700 manat dəyərində qızıl-zinət əşyaları və 350 manat dəyərində 1 ədəd kompüteri oğurlayıb. Daha sonra o, yanvarın 27-də başqa bir evə daxil olaraq 4050 manat nağd pul və ümumi dəyəri 480 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

V.İsmixanov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.