Ölkə 09:49 23.01.2020

Gəncədə itkin düşən qız Bakıda tapıldı

Gəncədə itkin düşən qız tapılıb.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, 2004-cü il təvəllüdlü Məmmədova Gülçin Rəşad qızı yanvarın 22-də Bakıda tapılıb. 

Qız polis əməkdaşları tərəfindən ailəsinə təhvil verilib

G.Məmmədova Gəncə şəhəri 39 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir.

Qeyd edək ki, o, yanvarın 21-də əmisigilə getmək adı ilə evdən çıxaraq, naməlum istiqamətə gedib.