Gəncə şəhərində 35 yaşlı kişini qatar vuraraq öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Zazalı dəmir yolu xəttinin Gəncə şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Sərdar Rəsulovun özünü Bakı istiqamətində hərəkətdə olan yük qatarının altına ataraq intihar etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər