Foto 11:37 06.06.2020

Gəncədə sərt karantin qaydalarını pozan çörək sexi aşkarlandı (FOTOLAR)

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejiminin olmasına baxmayaraq şəhərin Nizami rayonunda çörək sexi fəaliyyətə başlayıb. 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Qaynainfo-ya verilən məlumata görə, polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandırıb. 

Obyekt sahibi və işçilər barəsində qanunamüvafiq tədbirlər görüb.

Xatırladaq ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib.