Ölkə 10:32 31.01.2018

Gəncədə silahlı insident: polis əməkdaşı yaralandı

Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Gecə saatlarında hələki şəxsiyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb. Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Vəziyyətin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prakurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.