Foto 13:49 16.01.2019

Gəncədə yaşayış evində partlayış: “Qolu, əli, üzü yanmışdı” (FOTO/VİDEO)

Gəncədə yaşayış evində partlayış olub.

Qaynarinfo ARB TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin 1 mikrorayon ərazisində bina 1, mənzil 57-də qeydə alınıb. 31 yaşlı Sahilə Ələsgərova yaşadığı evdə qaz sobasını yandırarkən anidən partlayış baş verib. 

Rafiq Abbasov - qonşu: "Bu binada yaşayıram. Eşitdim qonşuda partlayış olub. Bizim evin aynaları da silkələndi. Düşdüm aşağı ki, görüm nə olub. Gördüm ki, qadını çıxarıblar çölə taksiyə qoyub aparırlar. Qolu, əli, üzü yanmışdı”.

Ağır xəsarətlər alan qadın yaxınlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə çatdırılıb.

Şahin Quliyev - həkim: "Qadın qaz partlaması nəticəsində sifətin, boyunun, hər iki əllərin və hər iki bazu nahiyəsinin 2-ci 3-cü dərəcəli termiki yanığı almışdır.  Xəstəyə yardım göstərildi, daha sonra vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə, yanıq mərkəzinə göndərildi”.

Hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.