Foto 13:59 26.12.2017

Gəncədəki "Butulka ev" kimin xatirəsinə tikilib? (FOTOLAR)

Gəncədə tarixi bina fəaliyyət göstərir. Bu evi məşhur edən onun tikinti matrealları əvəzinə, butulkadan inşa olunmasıdır.

Hazırda binada yaşayış var. Evin sahibi deyir ki, bina 1966-cı ildə tikilib. Binanın inşasında kiçik dərman şüşələrindən, təbii müxtəlif ölçülü dəniz daşlarından da istifadə olunub. 

Bu ev İbrahim Cəfərov adlı memarın fantaziyasıdır. İbrahim Cəfərov 1966-1967-ci illərdə evi müharibədə itkin düşmüş qardaşı Yusifin xatirəsinə tikib. O, ümid edib ki, 26 yaşında əsgər gedən və geri qayıtmayan Yusif bir gün bu evin sorağını eşidərək geri dönəcək. 

O, bir ilə tikdiyi evin inşasında şampan butılkasından tutmuş, kiçik dərman şüşələri də daxil olmaqla, 48 min butulkadan istifadə edib. İbrahim kişinin yadigar qoyub getdiyi evdə indi onun gəlini və nəvələri yaşayır. Evin arxa tərəfində isə rus dilində "Vətənin naməlum əsgərinə eşq olsun!” yazılıb.  
Butulkalı ev Gəncə şəhərinin mərkəzində, Hüseyn Cavid küçəsi ilə Qəmbər Hüseynli küçəsinin kəsişməsində yerləşir.

Sultana Əhmədbəyli