Sənət 23:59 04.02.2015

General haqda filmin çəkilişi başa çatır

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" sənədli filmlər studiyası və Sankt-Peterburqun "Lennauçfilm" kinostudiyası tərəfindən görkəmli azərbaycanlı generalı Hüseyn xan Naxçıvanski haqqında çəkilən tammetrajlı sənədli filmin istehsalı başa çatmaq üzrədir. 

Axar.az xəbər verir ki, filmin çəkilişləri Naxçıvanda, Bakıda və Sankt-Peterburqda aparılıb.

 Filmdə arxiv materiallarından geniş istifadə olunub. Ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur. Sovet hakimiyyətini qəbul etmədiyinə görə bolşeviklər tərəfindən güllələnən, xatirəsi bu gün də Rusiya və Azərbaycanda əziz tutulan böyük sərkərdənin zəngin və keşməkeşli həyat yolunu əks etdirən ekran əsərinin artıq səsləndirməsi başa çatıb və son tamamlama işləri aparılıb. 

 Qeyd edək ki, film yaxın zamanlarda tamaşaçılara təqdim olunacaq.

Qaynar.info