Dünya 15:21 24.05.2019

General Həftər parlamenti bombaladı

Liviyada General Xəlifə Həftərin rəhbərlik etdiyi qüvvələr parlament binasını hədəf alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Liviya Milli Razılaşma Hökuməti məlumat yayıb və addımı qınayıb. Bildirilir ki, hərbi təyyarələrlə parlament binasının da daxil olduğu bəzi nöqtələrə hava hücumu təşkil edib.

Qeyd edək ki, General Həftərə bağlı ordu 4 apreldə paytaxt Tripolini azad etmək üçün əməliyyata başlayıb. 

Gülşən