Foto 16:34 24.10.2019

Tramp Öcalanın mənəvi oğluna təşəkkür etdi, Rusiya canlı yayımda görüşdü (FOTOLAR)

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu PKK/PYD/YPG/SDQ terror təşkilatının rəhbər şəxslərindən olan Məzlum Kobani kod adlı Fərhad Abdi Şahin ilə telekonfrans görüşü reallaşdırıb.

Qaynarinfo xəbər verir ki, Türkiyə və Rusiya arasında əldə edilən Soçi razılaşmasından sonra baş tutan telekonfransda S.Şoyqu, Rusiya Baş Qərargah rəisi Valeri Qerasimov və digər yüksək rütbəli hərbçilər iştirak edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp "twitter" hesabından General Məzluma təşəkkür ünvanlamışdı. 

Qeyd edək ki, Məzlum Kobani Türkiyədə qırmızı bülletenlə axtarışda olan terrorçular siyahısındadır. O, PKK-nın qurucusu olan Abdulla Öcalan tərəfindən "mənəvi oğlum" adlandırılıb.

Gülşən