Dünya 12:56 23.05.2022

General Rüstəm Muradovdan açıqlama: Qardaşı oğlu ölüb, özü isə... (YENİLƏNİB)

Ukraynada Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsinin komandanının müavini, general-leytenant Rüstəm Muradovun qardaşı oğlu ölüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Baza” teleqram kanalı məlumat yayıb.

27 yaşlı Salman Süleymanov tağım komandiri olub. Yanvarın əvvəlində o, həmkarları ilə birlikdə Ukrayna ilə sərhədə aparılıb. Baza-nın məlumatına görə, Salman aprelin sonunda döyüşlər zamanı həlak olub. 

General-leytenant Muradovun özü Ukraynada yaralanandan sonra həmin vaxt xəstəxanada olub. Qardaşı oğlunun ölümü barədə ona məlumat verildikdə, Muradov dəfn edilməsi üçün heç olmasa bir sümük tapılmasını xahiş edib.

Baza-nın mənbəsinin bildirdiyinə görə, nəticədə Salmanın qalıqları Dərbənd bölgəsindəki Dağıstana vətənə gətirilib. General dəfn mərasimi üçün xəstəxanadan məzuniyyət götürüb.

Rüstəm Muradov 2022-ci ilin fevralına qədər Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinə komandanlıq edib. O, hər iki çeçen kampaniyasında iştirak edib və Suriyada hərbi məsləhətçi olub. Muradov Yuxarı Tsentoroy kəndinin alınmasında və İçkeriya Respublikasının prezidenti Aslan Məshədovun Datoydakı qərargahının məhv edilməsində iştirak edib. Muradov həm də Suriyada hərbi müşavir vəzifəsində hərbi dəstələrə komandanlıq edib. KİV iki həftə ərzində onun nəzarəti altında "Rusiya hərbi dəstələri düşmənin şiddətli müqavimətini dəf edərək Es-Suxnadan Deyr əz-Zora doğru yola düşdülər ” xəbərini verib. Suriyadakı əməliyyata görə Muradov Rusiya Qəhrəmanı adına layiq görülüb.
 
***
 
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin sabiq komandanı Rüstəm Muradov açıqlama verib. Haqqin.az-la telefon əlaqəsi saxlayan general-leytenant qardaşı oğlunun Ukraynada ölməsi ilə bağlı məlumatı təsdiqləyib, özünün isə xəsarət alması ilə bağlı xəbərləri təkzib edib.
 
Alpər