İdman 10:15 07.11.2013

Georgi Haci ermənilərə rədd cavabı verdi


Ermənistan Futbol Federasiyası Georgi Haciyə təklif göndərib. Fanat.az xəbər verir ki, ermənilər Rumıniya futbolunun canlı əfsanəsinə yığmanın baş məşqçi postunu təklif edib.

Lakin Haci Ermənistanın təklifini qəbul etməyib. Bu barədə rumın menecer Viktor Bekali açıqlama verib: "Ermənistandan təklif gəldiyini bilirəm. Amma Hacinin Rumıniyada görmək istədiyi işlər var. Futbol akademiyasına rəhbərlik etmək və bu işi inkişaf etdirmək istəyir. Bu səbəbdən Ermənistanın təklifindən imtina etdi".

Qaynar.info