Gimnastika millimiz Avropada 6-cı oldu

Gimnastika millimiz Avropada 6-cı oldu

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatında çıxışını başa vurub.

Qaynarinfo-nun məlumatına görə, Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadəm və Fəridə Səfiyarzadədən ibarət kollektiv finalda halqalar ilə kompozisiyada bacarıqlarını nümayiş etdiriblər.

Komanda 21.500 xal toplayaraq yarışı 6-cı pillədə başa vurub. Rusiya gimnastları 24.450 xalla birinci, Ukrayna 23.400 xalla ikinci, Belarus isə 23.250 xalla üçün olub.

Bu gün fərdi proqramda mübarizə aparan Zöhrə Ağamirova finalda halqa və gürzlərlə çıxış edəcək.
XƏBƏRLƏR
BLOGLAR