Ekonomiks 16:52 27.08.2019

Gömrük Komitəsində 5 milyondan artıq əsassız ödəniş - İş DTX-ya göndərildi

Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat, Bakı Baş Gömrük İdarəsində isə 3 milyon 281 min 270 manat artıq və əsassız ödənişlər aşkarlanıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ilin birinci yarısında aparılan nəzarət tədbirləri zamanı üzə çıxıb.

Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində aşkarlanan 2 milyon 27 min 800 manat artıq və əsassız ödənişin dövlət büdcəsinə bərpa edilməsi mümkün olmayıb, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində aşkarlanan 3 milyon 281 min 270 manat artıq və əsassız ödənişin isə dövlət büdcəsinə bərpası təmin edilib.

Hər iki fakt üzrə sənədlər Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.