Ölkə 20:45 22.02.2019

Gömrük Komitəsinin sifariş verdiyi yoxlama aparatları Azərbaycana gətirildi

Dövlət Gömrük Komitəsinin sifariş verdiyi 9 ədəd "Body Scan" (B-Scan) yoxlama aparatı artıq ölkəyə gətirilib.

Qaynarinfo-nun məlumatına görə, yeni aparatlar bütün beynəlxalq hava limanlarında, Naxçıvan Muxtar Respublikasında və cənub sərhədlərində quraşdırılacaq.

Bu avadanlıqlar vasitəsilə insanların daxili orqanlarında keçirmək istədikləri narkotik maddə və digər vasitələr gömrük ərazisində daha sürətlə aşkarlanacaq.