Ölkə 13:57 29.05.2018

Gömrükdə islahatlar davam edir: General Vüsal Novruzov işdən çıxarıldı

Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov tutduğu vəzifədən azad edilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Gununsesi.info-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
 
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "APA-Economics"'ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər.

Məlumata görə, V.Novruzovun  yerinə Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat  Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin yerinə isə  gömrük xidməti polkovniki Məsum Rəsulov təyin edilib.