Ölkə 11:27 11.04.2019

Gömrükdə külli miqdarda siqaret tutuldu (FOTO)

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E300" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan edilməyən 20 840 ədəd müxtəlif markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.