Texnologiya 14:47 28.07.2018

"Google" bu tətbiqləri sildi

"Google" "Play Store"un qaydalarında dəyişiklik edərək bəzi tətbiqetmələrə qadağa qoyub.

Qaynarinfo xəbər verir ki, şirkət kripto valyuta istehsalı ilə əlaqədar, həmçinin azyaşlıları hədəfləyərək qeyri-sağlam məqsədlər daşıyan, partladıcı maddə, silah-sursat satışı həyata keçirən tətbiqetmələri qadağan edib. 

Qeyd edək ki, ötən ay "Apple" şirkəti də "App Store"da yer alan kripto valyuta istehsalı ilə əlaqədar tətbiqetmələrə məhdudiyyət barədə qərar qəbul etmişdi.

Gülşən