Texnologiya 19:02 15.10.2017

Google şirkətinin ən bəyənilən funksiyalarından biri

Google şirkətinin istifadəçiləri üçün ən çox bəyənilən funksiyalarından biri Google Photos (Google şəkillər) tətbiqidir. Google bu tətbiq vasitəsilə Apple Şəkilləri (Apple Photos) köhnə elan etmiş kimi oldu.

"Qaynarinfo" xəbər verir ki, Google Şəkillər ilə siz internetdə limitsiz və pulsuz saxlama sahəsi əldə edə bilərsiniz. Eyni zamanda Google şəkilləri istifadə etməyə başlasanız şəkilləriniz içində daha rahat axtarış edə bilərsiniz və eyni zamanda avtomatik kateqoriyalandırılmış (tarix və məkanlara görə) olacaq.


Google Şəkilləri istifadə etməyə başlamaq üçün ilk əvvəl telefonunuza (Android vəya IOS versiyaları) uyğun Google Photos proqram versiyalarını qurmalısınız. Əgər kompüterinizdən istifadə etmək istəyirsinizsə http://photos.google.com ünvanına daxil olaraq istifadə edə bilərsiniz. Telefonunuzdan yeni çəkdiyiniz şəkilləri avtomatik olaraq google şəkillərə yüklənməsi üçün lazımlı tənzimləmələri etdikdən sonra çəkdiyiniz şəkillər avtomatik olaraq yüklənəcək.
Google şəkillər vasitəsilə şəkilləriniz rahatca redaktə edə bilərsiniz, vəya istidiyiniz biriləri vəya sosial şəbəkələrdə paylaşa bilərsiniz. Dostlarıyla paylaşdığınız paylaşımları istədiyiniz zaman ləğv edə bilərsiniz.

Qaynarinfo.Az