Texnologiya 18:17 03.03.2020

"Google"un 8 min işçisi koronavirusa görə evdən işləyəcək

Çində ortaya çıxan və 3 mindən çox insanın ölümünə səbəb olan koronavirus dünyanın ən böyük axtarış sistemlərindən olan "Google"u da vurub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, şirkətin işçilərindən birinin koronavirusa yoluxduğundan şübhə edildiyi üçün 8 min işçinin bir günlük evdən işləyəcəyi barədə qərar qəbul edilib.

İrish İndependentin yazığına görə, ötən gün işçilərdən biri qripə bənzər sindromla işə ofisə gəlib. Bundan sonra şirkətdə fövqəladə vəziyyət elan edilib. Sözügedən şəxsin koronavirusa tutul, tutulmadığı hələlik məlum deyil.

Camal