Ölkə 21:41 18.01.2022

Goranboy sakini minaya düşüb, ayağı amputasiya edildi

Goranboy sakini minaya düşüb.

APA xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. Xəstə xəstəxanaya yerləşdilib, onun ayağı amputasiya edilib.

Hazırda vəziyyəti orta ağırdır.