Sağlamlıq 23:38 04.09.2019

Zəif görənlər üçün yeni eynək ixtira edildi

Amerikalı alimlər görmə zəifliyindən əziyyət çəkən insanlara kömək etmək məqsədilə genişlənmiş reallıq eynəkləri hazırlayıblar.

Qaynarinfo Trend-ə istinadən bildirir ki, tədqiqatçılar bu eynəklər vasitəsilə retinit piqmentozu kimi göz xəstəliyindən əziyyət çəkən pasientlərdə hərəkətliliyin 50%, məhsuldarlığın isə 70% yaxşılaşacağını müəyyənləşdiriblər.

Mütəxəssislər bildirirlər ki, eynək, həmçinin məhdud periferik görmə qabiliyyəti olan insanlara çətin mühitləri şərh etməyə kömək edən vizual rəng siqnalları verir. O, zəif işıqlandırılan yerlərdə maneələrin qarşısını alır.