İdman 12:19 08.04.2014

Görünməmiş hadisə: polis maşınından..

Türkiyədə maraqlı hadisə baş verib. Fanat.az xəbər verir ki, futbol matçında heyətlər polis maşınının meqafonundan elan edilib.

Hadisə Spor Toto 2-ci liqanın "Qırmızı" klubunun "İskenderun Dəmirçelikspor" - "Bozüyükspor" matçında baş verib. Qarşılaşmadan əvvəl stadionda işıq sönüb. Klub rəhbərliyi isə maraqlı çıxış yolu tapıb. Belə ki, stadiona gətirildən polis maşınının meqefonu vasitəsi ilə heyətlər elan edilib və İstiqlal Marşı oxunub.

Qaynar.info