Texnologiya 09:53 16.05.2020

"GTA 5" oyunu 1 həftəlik pulsuz oldu - Yükləmə qaydası

"Rockstar Games" tərəfindən 2013-cü ildə yayımlanan "Grand Theft Auto V" (GTA 5) ötən gündən etibarən "Epic Games Store" platforması üzərindən pulsuz təqdim edilməyə başlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbr verir ki, oyunu 1 həftə müddətində pulsuz yükləmək mümkün olacaq. Oyunu yükləyən istifadəçilər eyni zamanda "Grand Theft Auto V: Premium Edition" məzmununa da ömürlük sahib olacaq.

Qeyd edək ki, GTA 5 seriyası yayımlandığı vaxtdan bəri ilk dəfədir pulsuz təqdim edilir. 7 ildir populyarlığını qoruyan oyun bir çox mükafatlara layiq görülüb.

Oyunu yükləmək üçün Epic Games saytına girib hesab açmaq və ya mövcud hesabla giriş etməık lazımdır. Daha sonra isə Epic Games launcher-i yükləyib kitabxana bölməsindən oyunu endirmək lazımdır.

Camal