Ölkə 10:40 18.01.2019

Güclü külək 100-ə yaxın ağacı aşırdı

Bakıda yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 100-ə yaxın ağacın aşması və budaqlarının sınması hadisəsi qeydə alınıb.

Bunu Qaynarinfo-ya Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

İndiyədək birliyə ağac aşması nəticəsində 3 maşına yüngül zərər dəyməsi barədə məlumat daxil olub.

Birliyin heyəti hazırda gücləndirilmiş iş rejimində çalışır və aşan ağacların ərazilərdən götürülməsi üçün iş aparır.