Foto 15:45 27.05.2019

Güclü külək Bakının 6 rayonunda ağacları qırıb (FOTOLAR)

Bakıda ötən gecə müşahidə olunan güclü külək fəsadsız ötüşməyib.

Qaynarinfo xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov "Report”a bildirib ki, paytaxtın bir neçə rayonunda küləyin gücü səbəbindən ağaclar qırılıb.

O qeyd edib ki, Bakının 6 rayonunda - Sabunçu, Yasamal, Nəsimi, Binəqədi, Nərimanov və Suraxanıda ağac aşıb: "Həmin ağaclar idarənin əməkdaşları tərəfindən təmizlənib".