Foto 15:30 23.03.2019

Güclü külək Tərtərdə yüz yaşlı çinar ağacını aşırdı (FOTO/VİDEO)

Güclü külək Tərtərdə yüz yaşlı çinar ağacını aşırıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Gövdəsinin diametri 4 metrə çatan ağacın aşması nəticəsində elektrik xətlərinə və qaz borusuna ziyan dəyib. 

Kənd sakinləri hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat versələr də, yaranmış problem indiyədək aradan qaldırılmayıb. 

Eyni zamanda kənddə elektrik enerjisinin verlişində də bir neçə saat fasilə yaranıb.