Dünya 14:08 20.09.2018

Güclü yağış İranda ölümə səbəb oldu

İranda müşahidə edilən leysan yağışları ölümə səbəb olub.

Qaynarinfo xəbər verir ki, Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Mazandaran kimi ərazilərin də daxil olduğu 9 əyalətdə müşahidə edilən yağışlar səbəbilə 1 nəfər ölüb, 3 nəfər itkin düşüb. 

Sel və güclü küləyin müşahidə edildiyi ərazilərdə əhaliyə çadır və digər ehtiyac məhsulları paylanılıb.

Gülşən