Ölkə 13:44 23.09.2018

Güclü yağış səbəbindən bəzi yerlərinə elektrik verilməsində fasilə yaranıb

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal-Qərb və Cənub Regional elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub.

Bu barədə Qaynarinfo-ya "Azərişıq”ASC-dən məlumat verilib. Qurumdan bildirilib ki, elektrik verilişi xətlərində "Azərişığ”ın əməkdaşları qabaqlayıcı tədbirlər görüb: 

"Əməkdaşlarımız yaranan qısa fasilələri operativ aradan qaldırıblar. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən 97 saylı yarimstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb”.

Qurumdan qeyd edilib ki,  Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranıb.