Xəbər lenti

Gülbahar Şükürlü ağladı: “Həyat yoldaşımdan sonra ölümdən qorxmuram”
Maqazin 14:41 16.12.2019

Gülbahar Şükürlü ağladı: “Həyat yoldaşımdan sonra ölümdən qorxmuram”

Başımın tacı yoxdur. Amma tez-tez yuxuma girib yaxşı yerdə olduğunu deyərək gülüb-danışır. İnanın ki, hərdən həsəd aparıram. Onun ölümü ilə razılaşa bilmirəm. Ancaq qorxduğum üçün Allaha üsyan edə bilmirəm. Bu, həyatın qanunudur.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bunu Əməkdar artist Gülbahar Şükürlü "Ay Zaur” proqramında vəfat edən həyat yoldaşı Zahiddən danışarkən deyib.

"Mənim həyatım davam eləmir. Zahiddən sonra həyat yoxdur. Pis insan olsaydı, ölümünə yanmazdım. Məni bir dəfə olsun belə vurmamışdı. Varlığımızla insanları sevindirməliyik. Yaxşı insan olduğumu deyə bilmərəm. Amma Zahid çox yaxşı adam idi.

Hətta o, özündən kiçik olana belə, onun salam verməsini gözləmirdi. Ölümündən sonra onu daha çox kəşf elədim. Evdə tək olanda, ancaq onu fikirləşirəm. Elə bilirəm qədrini bilməmişəm.  

Güclü qadın olmağımı istərdim. Zahiddən sonra xəstəliyim belə getdi. Bu yaxınlarda qızım atasını yuxuda görüb. Zahid yaxşı yerdə olduğunu deyib”, - deyə Gülbahar Şükürlü bildirib.  

Əməkdar artist ölümdən qorxmadığını qeyd edib:

"Zahid mənə ölümü sevdirdi. Bakı kəndlərində qırxa kimi qadınlar məzar üstünə getmir. Amma mən, dözməyərək getdim.  Elə bildim ki, məzar daşı pambıq kimi yumşaq yerdir. Hamı mənə deyir ki, ağlama. Bəs neyləyim? Ağlamağımı mənə çox görürlər.

Zahidin yoxluğu çox insanları yandırdı. İnsan yoxluğu ilə yandırmalıdır. Qayınanamın, qayınatamın ən istəkli övladı öldü. Onun hüzr yerinə heç kəsin gözləmədiyi insanlar gəlmişdi.

Onunla bağlı hər şeyi verdim. Evdə onu xatırladacaq əşya qalmayıb. Amma evdə onunla bağlı hər şey xatırlanır. Hətta bir ara evi satmaq istəyirdim”.  

Qeyd edək ki, Gülbahar Şükürlünün həyat yoldaşı dekabrın 19-da qəflətən vəfat edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->