Foto 13:18 29.07.2018

Gülənçilərin gəmisi batdı: 5 nəfər öldü, kürəkəni qurtuldu (FOTO)

Türkiyənin Balıkəsir şəhərindən Egey dənizi vasitəsilə qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına yola düşən qayıq batıb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, qayıqda FETÖ terror qrupunun 16 üzvü olub. Qəza zamanı 3-ü azyaşlı olmaqla 5 nəfər ölüb, 2 nəfər itkin düşüb, 9 nəfər isə xilas edilib. Çılpaq adası yaxınlığında qəzaya uğrayan qayıqda FETÖ lideri Fətullah Gülənin kürəkəni İ.A adlı şəxs də olub, lakin terrorçu qrupun üzvü xilas edilib. İ.A Balıkəsirin Ədrəmit ərazisinin imamı vəzifəsini icra edib, haqqında Ədrəmit Respublika Prokurorluğunda axtarış qərarı var.

Qayıqdakı 16 nəfərdən 2-sinin təşkilatçı olduğu təxmin edilir.

Qəzada itkin düşən şəxslərin axtarışı davam etdirilir, xilas edilənlər isə xəstəxanaya aparılıb.

Gülşən