Vəkil Əfsər Talıbov hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.Bu barədə APA-ya məlumat verən Ə. Talıbov bildirib ki, G. Əhmədova ürək ağrılarından əziyyət çəkir: “Onun ürəyinin EXO-kardioqram olunması üçün Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidova müraciət etmişəm”.
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Qaynar.info
Şərhlər