Video 22:41 26.10.2018

Dünya çempionu olan güləşçimizdən ilk açıqlama (VİDEO, YENİLƏNİB)

Macarıstan paytaxtında güləş üzrə dünya çempionatı davam edir.

Qaynarinfo xəbər verir ki, Yunan-Roma güləşi üzrə yarışlarda 55 kiloqrama qədər çəki dərəcəsində Azərbaycanı təmsil edən Eldəniz Əzizli dünya çempionu adını qazanıb.

Finalda o, qırğızıstanlı idmançı Jolaman Şarşenbekova 10:0 hesabı ilə qalib gəlib. Qələbə üçün Eldənizə 1 dəqiqədən də az vaxt tələb olunub.
 
Qələbədən sonra idmançımız jurnalistlərin suallarını cavablandırıb: