Maqazin 10:41 30.01.2018

Günayın yeni sevgilisi özündən 7 yaş kiçikdir? (AÇIQLAMA)

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva özündən 7 yaş kiçik rejissor Hürriyet Berkayla eşq yaşaması barədə xəbərlərə münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, model yaş fərqi məsələsinə toxunub. Günay bildirib ki, Hürriyetin 24 yox, 30 yaşı var:

"Hürriyet Berkay İnan, sevgilim deyil. Ən yaxın dostlarımdan biridir. Özü də onun 24 yox, 30 yaşı var. Jurnalistlər birinci dəfə deyil mənim haqda bu cür şayiələr yazır. Dostlarımla şəkillərimi götürüb sevgililərim kimi qələmə verirlər. Jurnalistlərdən xahiş edirəm ki, belə bir xəbər yazarkən dəqiqləşdirsinlər”.



Qeyd edək ki, Günay türk aktyor Tolqa Karellə evli olub. Onların Cihangir adlı bir oğlu var. Tolqa amerikalı həyat yoldaşı Sarah Skottla Nyu Yorkda yaşayır.