Gündəlik 400 min qazanan dəstə ifşa olundu

Gündəlik 400 min qazanan dəstə ifşa olundu

Türkiyədə futbol oyunlarına qeyri-qanuni yolla pul qoyuluşları qəbul edən dəstə ifşa olunub.

Qaynarinfo xəbər verir ki, Adana polisinin keçirdiyi əməliyyat zamanı internet üzərindən pul qoyuluşları qəbul edən "mərc bandası"nın üzvləri saxlanılıb. 

Məlum olub ki, Şimali Kiprə məxsus internet saytları vasitəsi ilə qanunsuz mərc təşkil edən qruplaşma üzvləri əldə olunan pulu ölkədən çıxararaq dövlətə külli miqdarda hiyan vurub. Polis haqqında həbs qərarı verilən 146 nəfərin saxlanılması üçün əməliyyata başlayıb. Adanada başlayan əməliyyatlar İstanbul, Mersin, İzmir, Aylın, Şırnak, Antalya, Qaziantep, Çanakkale, Adıyaman və Konyanı əhatə edib. Polis 4-ü qadın 107 nəfər şübhəlini saxlayıb. 

Xüsusi təyinatlı polislərin qatıldığı əməliyyat zamanı şübhəlilərə aid mobil telefonlar, kompyuter və planşetlər götürülüb. "Mərc bandası"nın istifadə etdiyi 500 bank hesabı araşdırılıb və bəlli olub ki, indiyədək 30 milyon 240 min lirə ölkədən çıxarılıb. Polisin şübhələndiyi daha 1242 hesab nəzarətə götürülüb.

Bundan başqa dəstə üzvlərinin 753 min 500 lirə, 2 milyon 155 lirə dəyərindəki 21 lüks avtomobil və 34 milyon 911 lirəlik daşınmaz əmlaka həbs qoyulub. Bu vəsaitin qeyri-qanuni mərc oyunlarından əldə edildiyi müəyyənləşib. 

Dəstənin lideri 44 yaşlı R.O-nun Şimali Kiprdə ofis icarəyə götürürək işləri ordan idarə etdiyi məlum olub. Qeyri-qanunu mərcdən gündəlik 400 min lirə qazanan dəstə lideri bank hesablarından istifadə etdiyi şəxslərə ayda 5 min lirə ödəyirmiş. 
XƏBƏRLƏR
BLOGLAR