Foto 19:27 27.02.2019

Gündüzlər "parkovşik", gecələr xarratlıq edən gənclə - VİDEOREPORTAJ

Şəhərin mərkəzində gəzərkən səkinin üzərində müxtəlif texnikaların taxtadan düzəldilmiş mini maketlərini görüb ayaq saxlayırıq.

Ətrafdakı kişilərdən bir neçəsi maraqlandığımızı görüb, "Səmədağa müştəri var” deyə səsləyib gənc bir oğlanı çağırırlar. Maşınların park etməsinə kömək edən həmin oğlan bizə yaxınlaşaraq salamlaşır. Maketlərin qiymətləri ilə, nə qədər vaxta düzətldiyi ilə maraqlanırıq.

O, yaxınlıqda "parkovşik” işlədiyini və maketləri yalnız gecələr düzəltdiyini deyir: "Buradakı maketlərin sahibləri var. Sizə də düzəldə bilərəm”.

Müsahibim bu maketlərlə ən çox uşaqların maraqlandığını deyir: "Buna görə də yapışqandan çox az istifadə edirəm. İstifadə etdiyim yerlərə də əl dəymir. Mən işlərimə rəng də vurmuram. İstəsələr öz zövqlərinə görə rəngələyə də bilərlər. Əvvəllər xanımlar üçün maşından asmağa ürəklər düzəldirdim. İndi daha çox belə maketlər edirəm. İki ildir ki bu işlə məşğulam. Günü-gündən maraq göstərənlərin sayı da artır. Elə o marağa görə "İnstagram” hesabı da açmışam. Oradan da yazıb istəyənlər olur. Qiymətləri işin həcmindən, çətinliyindən asılı olaraq dəyişdiyinə görə konkret rəqəm yoxdur”. (open.az)